Tez-tez yaranan suallar ?!

Tez-tez yaranan suallar ?!

    Təqdim etdiyimiz təmizlik xidmətlərinin çox hissəsini sizlərin müstəqil şəkildə yerinə yetirməyiniz çox çətin bir işdir. Bizim mütəxəssislərimiz geniş təcrübəyə malik peşəkarlardan ibarətdir. Onların istifadə etdikləri xüsusi avadanlıq və müxtəlif təmizləyici vasitələrdən düzgün istifadə etmək bacarığı əsas verir ki, görülən işlər daha keyfiyyətli və daha sərfəli qiymətə başa gəlsin.

  Ofisimizə telefonla zəng edərək bunu edə bilərsiniz – (055) 201 00 40; veb saytımıza onlayn ərizə göndərərək geriyə telefon zəngini sifariş edin.

– siz şirkətə müraciət edirsiniz və hansı növ xidmət sifariş etmək istəyinizi bildirirsiniz;
– satış departamentinin meneceri ərizəni qəbul edir, bütün detallar barədə məlumat alır və obyektə baxış keçirilməsi barədə razılıq əldə edilir;
– menecer müştəri ilə görüləcək işin həcmini, vaxtını və işin dəyərini razılaşdırır.

     Bizdə işləyən peşəkar mütəxəssislərimiz müxtəlif səthlərin kimyəvi məhlullarla və texnika ilə rəftar etmək təcrübəsi olan kadrlardan ibarətdir. İllər boyu xüsusi təcrübə toplamış peşəkar işçilərimiz yüksək səviyyədə xidmət göstərməyə qadirdilər.

    Təmizləyicilərin sayı işin miqyası və mürəkkəbliyi ilə müəyyən edilir. Briqada obyektin xüsusiyyətlərindən aslı olaraq formalaşır. Əgər ağır iş nəzərdə tutulsa (təmirdən sonra zibillərin toplanması və çıxarılması) kişi işçilər, yalnız təmizlik işləri nəzərdə tutulsa qadın işçilər cəlb olunur.

    Adətən sifariş alındıqdan bir gün sonra, yəni növbəti gün işə başlanılır. lakin bəzi hallarda sifarişçinin istəyindən aslı olaraq elə həmin gün təcili surətdə işə başlanılması da mümkündür.

     Obyektə ilkin baxış keçirmədən görüləcək işin müddətini, sərf olunacaq əməyi, istifadə olunacaq təmizləyici kimyəvi məhlulları və bir sıra digər heç də az əhəmiyyəti olmayan faktları müəyyən etmək olmur. Biz sizə keyfiyyətsiz və tamamlanmamış xidmət göstərmək istəmirik. Bu səbəbdən yalnız mənzilə ilkin baxış keçirdikdən sonra mütəxəssislərimiz görüləcək işlərin müddətini və qiymətini sizə dəqiq söyləyə bilər.

  Fərdi təmizləmə xidmətinin dəyəri çirklənmənin xarakterindən, həcmindən, özəlliyindən aslı olaraq hər bir hal üçün ayrıca hesablanır.Təmizləmə xidmətlərinin dəyəri fərdi və hər halda ayrılıqda, çirklənmənin mahiyyətinə, iş miqdarı və binanın xüsusiyyətlərinə əsasən hesablanır. Dəqiq hesablama üçün, mütəxəssisimiz sizi ziyarət edir və yerində qiymətləndirməni müəyyən edir. Bu xidmət pulsuzdur.

    Fiziki şəxslər üçün ödəniş təmizlənmə işi başa çatdıqdan sonra həyata keçirilir. Biz işi sizə təhvil veririk, siz yoxladıqdan sonra işi qəbul edirsiniz və pulu nəğd formada ödəyirsiniz.
    Hüquqi şəxslərlə əvvəlcədən ödəniş aparmaqla işləyirik. Bu barədə daha çox məlumat əldə etmək istəsəniz – bizə sorğu göndərin və ya bizə zəng edin.

    Bəli, əlbəttə. Sifariş müqavilə əsasında rəsmiləşdirilir. Müqavilədə görüləcək təmizlik işlərinin keyfiyyəti, həcmi, müddəti və digər məqamları barədə qeydlər aparılır.

  Sifariş zamanı müəyyən edilmiş qiymət seçilən tarifə (planlaşdırılmış işlərin həcmi və təmizlik xidmətinin növü) bağlıdır. Bu məbləğ yekundur və dəyişdirilə bilməz.

    Əlbətdə olar. Menecerlərimizlə sifariş barədə razılaşarkən sizin üçün əlverişli olan vaxt əsas götürülür və təyin olunmuş vaxt əməkdaşlarımız mənzil başında olacaqlar.

    Biz müştərilərimizin bütün istəklərini yerinə yetirməyə çalışırıq, bu səbəbdən istirahətsiz olaraq həftənin bütün günləri saat 20.00-dək işləyirik və bu müddət ərzində istənilən vaxt zəng edib sifariş edə bilərsiniz.

     Təmizlik işi obyektin çirklənmə dərəcəsindən və işin mürəkkəbliyindən aslı olaraq 6 -10 saat çəkir. Adətən mənzillərin ümumi təmizlənmə müddəti 6-7 saat davam edir. Təmirdən sonrakı təmizlik işləri isə adətən 7 saatdan -10 saata qədər olur. Kotteclərin ümumi və ya təmirdən sonra təmizlənməsi 8-12 saat davam edə bilər. Hər bir halda, görüləcək işlərin sürətinə və müddətinə obyektin çirklənmə dərəcəsindən, sahəsindən, hündürlüyündən və digər amillərdən aslı olaraq fərdi yanaşılır.

    Seçim sizindir. Əgər təmizlənəcək əraziyə bizə daxil olmaq məhdudiyyəti yoxdursa, sizin iştirakınıza ehtiyac yoxdur. Biz sizinlə rəsmi müqavilə bağladığımız üçün, əmlakınızın təhlükəsizliyi məsələsində hüquqi məsuliyyət daşıyırıq. Bu barədə narahat olmayın.

  Bəli, müştərilərimizin rahatlığı üçün həftə sonları işləyirik.        

     Müştəri üçün bütün mənzili deyil,yalnız mənzilin bir hissəsini və ya bir otağını təmizləmək lazım gələrsə, sifariş edilən zaman operatora bu barədə bildirilir və fərdi olaraq qiyməti ayrıca hesablanır.

  Bəli, biz özümüzlə xüsusi sertifikatı olan professional təmizləyici və texniki vasitələr gətiririk ki, bu da öz növbəsində həddən artıq çirklənmiş səthlərin təmizlənməsində və yuyulmasında bizə yardımçı olur.

  Biz yüksək keyfiyyətli təmizliyi təmin etmək üçün dünya şöhrətli istehsalçıların professional vasitələrindən istifadə edirik.

  • Professional kimyəvi vasitələr məişətdə daha təhlükəsizdir.
  • Professional kimyəvi vasitələr çirklənmə ilə daha yaxşı mübarizə aparır.
  • Professional kimyəvi vasitələr səthlər üçün daha təhlükəsizdir.

    24 saat ərzində (055) 201-00-40 nömrəsinə zəng edərək bizimlə əlaqə saxlayın və ya etalon.cleaning@gmail.com elektron poçt ünvanına məktub göndərin.

  Lojiya və ya balkonun təmizlənməsi: döşəmənin silinməsindən, tavanların təmizlənməsindən, divarların təmizlənməsindən (pəncərələrin yuyulması yalnız dərindən ümumi təmizləmə zamanı) ibarətdir və mənzillərin təmizləmə işlərinin siyahısına daxil edilmir, əlavə ödənilir.

    Pencərələrin təmizlənmə xidmətinə daxildir: camların, çərçivələrin, ramaların və eyni zamanda pəncərələrin iki tərəfli yuyulması.

  Qısa ifadə etsək mənzildə olan pəncərələr daxil olmaqla istisnasız bütün səthlər təmizlənir (bunlar əlavə olaraq ödənilir: xalçaların yuyulması, yumşaq mebel dəstlərinin quru təmizlənməsi, soyuducunun içinin təmizlənməsi, qaz sobasının və mikrodalğalı sobanın yuyulması).

    Təmirdən sonrakı təmizliyə eyni qayda olaraq ümumi təmizliyə daxil edilən bütün şərtlər daxildir. Təmizlik prosesinə təmirdən sonra yığılan tikinti tozlarının, boya ləkələrinin və s. təmizlənməsi daxildir. Pəncərələrdən skoçların, qoruyucu kağızların, ağartı ləkələrinin təmizlənməsi də təmizlik işlərinə aiddir.

  Bəli, yuyucu məhlulların istifade olunduqdan sonra heç bir iyi qalmır.

    Təmizləmə şirkətimizin işçiləri, təlimləri müvəffəqiyyətlə başa vurmuş və ixtisas səviyyələrini daim təkmilləşdirən mütəxəssislərdən ibarətdir. Buna görə də, işçilərimiz tərəfindən sifarişçinin hər hansı əmlakına ziyan vurulması mümkün deyil və çox az ehtimal olunur. Lakin, belə bir hadisə baş verərsə, ziyanın ödənilməsini şirkətimiz öz üzərinə götürür. Sifarişçi ilə təmizləmə şirkəti arasında bağlanmış müqavilənin müvafiq bəndində bu hal nəzərdə tutulur.

   Təmizləmə işlərinin həcmi göstərilən tariflərə uyğun olaraq həyata keçirilir. Bu səbəbdən sifariş zamanı şirkətin operatoru ilə danışılarkən təmizlik işinin konkret nədən ibarət olduğu dəqiq izah edilməlidir və hansı növ təmizlik xidmətinə ehtiyac olduğu müəyyən olunmalıdır. Sizin istəyinizdən aslı olaraq oparatorumuz sizə hansı xirmət və uyğun tarif seçməyinizə kömək edəcək.
    Müştəri təmizlik zamanı işin seçilmiş tarifə uygun aparılmadığını aşkar edərsə, bu barədə dərhal işçiyə bildirə bilər. İşçi də öz növbəsində bu qüsuru aradan qaldıracaq.
    Hətta müştəri ödənişlərini ödədikdən sonra təmizlikdən narazı qalsa belə, təmizlik firmasına bu barədə müraciət edə bilər. Bu halda təmizləyici yenidən obyektə qayıdaraq aşkar olunmuş nöqsanı aradan qaldırır.

     Müştəri təmizlik işçisinin xidmətini çox bəyənərsə, operatordan bu işçini ona təhkim edilməsi üçün xahiş edə bilər. Bundan sonra hər sifarişdə eyni müştəriyə seçdiyi yalnız eyni təmizlik işçisi göndəriləcək.

     Şirkətimiz təmizləmə xidməti ilə bağlı istənilən işi görür. Görəcəyimiz işi əvvəlcədən menecerimiz tərəfindən razılaşdırılmış tarif qiymətləri əsasında və müddətə yüksək keyfiyyətlə həyata keçiririk.

Close Menu